
Göyçayda qonşusu tərəfindən döyülən kişi xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ilkin araşdırma zamanı Ruslan Süleymanovla qonşusu, 35 yaşlı İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində dava olub. Dava zamanı sonuncunun küt alətlə R.Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib.
İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info
Faktla bağlı cinayət işi başlanılıb.