Qəribə etiraz aksiyası: Başına silah dayadı – FOTO

İzmirdə adının Muhammed olduğu öyrənilən şəxs silahı başına dayayaraq İsrailə etiraz edib.

Gununsesi.info xəbər verir ki, etirazçı bir əli ilə başına tapança dayayıb, digər əli ilə isə Türkiyə bayrağını yelləyib. O, ayaqlarının altına İsrail bayrağını sərib.

Ətrafdakıların hadisə barədə məlumatından sonra hadisə yerinə polis və tibb qrupları sövq edilib. Polis etirazçını əlindəki silahı yerə atmağa razı salmaq üçün səylərini davam etdirir.

Gununsesi.info