Populist siyasətçi seçkilərdə qalib gəldi: Mərkəzi Bankı bağlayıb, dollara keçəcək

Argentinanın yeni lideri Mileyin dərin iqtisadi böhran içində olan Argentina üçün həll siyasətləri arasında Mərkəzi Bankın bağlanması və ölkəsinin pul vahidi peso əvəzinə ABŞ dollarından istifadə edilməsi yer alır.

Gununsesi.info xəbər verir ki, populist liberal siyasətçi Xavyer Miley Cənubi Amerika ölkəsi Argentinanın yeni prezidenti olub.

Qeyri-rəsmi nəticələrə görə, Miley səslərin təxminən 56 faizini toplayıb. Peronist alyansın namizədi və hazırkı İqtisadiyyat naziri Sergio Massa üçün səs nisbəti 44 faiz ətrafında qalıb.

Seçici fəallığı 76 faiz olaraq açıqlanıb.

Buna uyğun olaraq, ölkənin növbəti 4 il üçün prezidenti Xavyer Miley olacaq. Massa rəqibi Mileyə zəng edərək onu təbrik edib. “Sabahdan etibarən məsuliyyət yeni prezidentin üzərindədir”. Paytaxt Buenos-Ayresdə də yeni prezidentin yüzlərlə tərəfdarı küçələrə çıxıb.

Miley inflyasiyanın üç rəqəmli rəqəmə çatdığı Argentinada İqtisadi Şok Müalicəsi vəd edir. Onun planlarına Mərkəzi Bankın bağlanması və ölkənin valyutası pesonun ləğvi və onun ABŞ dolları ilə əvəzlənməsi daxildir.

Yeni prezident qarşısında şəkil ağırdır. Hökumətin də, Mərkəzi Bankın da kassaları boşdur.

Onun həll etməli olduğu mühüm məsələlərdən biri ötən il Beynəlxalq Valyuta Fonduna (BVF) 44 milyard dollarlıq borc proqramıdır.

Miley ölkədə silah və orqanların satışına icazə vermək istədiyini də bəyan edib. Siyasətdə yeni olan 53 yaşlı Miley ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Braziliyanın populist prezidenti Jair Bolsonaro ilə müqayisə edilib.

Onu təbrik edənlər arasında Tramp da olub. “Mən sizinlə fəxr edirəm”, – deyə Tramp bildirib.

Braziliya prezidenti Lula da Silva da sosial media hesabından Mileyi təbrik edib. “Braziliya hər zaman argentinalı qardaşlarımızla birgə işləməyə hazırdır”.

Kolumbiya prezidenti Qustavo Petro sosial mediada Milinin seçilməsini “Latın Amerikası üçün kədərli” adlandırıb.

Gununsesi.info