Napoleonun şlyapası rekord qiymətə satıldı – FOTO

Fransa imperatoru Napoleon Bonaparta (1769-1821) məxsus şlyapa Fontenbloda keçirilən hərracda təxminən 1,9 milyon avroya satılıb.

Gununsesi.info xəbər verir ki, Fransanın paytaxtı Parisin cənubundakı Fontenblo qəsəbəsində Osenat hərrac evinin keçirdiyi hərracda qara papaq gözləniləndən xeyli baha qiymətə satılıb.

Osenat dünənki paylaşımında şlyapanın 600-800 min avroya alıcı tapacağının gözlənildiyini bildirib.

Gununsesi.info