7 oktyabr hücumlarında ŞOK GÖRÜNTÜLƏR: İsrail helikopterləri öz vətəndaşlarını vurdu – VİDEO

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə bağlı şok görüntülər ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, İsrailə aid “Apachi” helikopterlərindən reyv-festival iştirakçısı olan öz vətəndaşlarına atəş açması kadrları aşkarlanıb.

Həmin kadrlar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.

HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında onlarla döyüş təyyarəsindən istifadə etməklə HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib və bu, daha da genişlənərək Qəzza əhalisinin qətliamına çevrilib.

İsrailin hücumları nəticəsində ölənlərin sayı 10,5 min nəfəri keçib.

Oktyabrın 7-dən İsrailin eksklavdakı hücumlarının qurbanları arasında 4300-dən çox uşaq və 2800-dən çox qadın var. Bundan əlavə, 25 mindən çox qəzzalı yaralanıb.

Qəzzanın 2,3 milyon sakini İsrailin kütləvi hava, quru və dəniz bombardmanları və eksklavın tam blokadası səbəbindən qida, su və dərman çatışmazlığından əziyyət çəkir.

İsraildə ölənlərin sayı 1600-ə yaxındır.

BMT Baş Assambleyası təcili humanitar atəşkəsə çağırıb. Eyni zamanda, İordaniyanın təklif etdiyi qətnamənin lehinə 120 ştat səs verib. Lakin İsrail bu təklifi rədd edib.

Gununsesi.info