İsrailin Qəzzada İndoneziya xəstəxanasına hücumu nəticəsində 8 nəfər ölüb

İsrail ordusunun Qəzza zolağında İndoneziya xəstəxanasına hücumu nəticəsində 12 nəfər ölüb, onlarla insan yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Tibb müəssisəsinin binasının ikinci mərtəbəsinə ciddi ziyan dəyib. Hücumlar nəticəsində iki həkim yaralanıb.

Hücum xəstəxanada elektrik enerjisinin kəsilməsinə səbəb olub. Xəstəxanada 650 xəstə, o cümlədən 150-yə yaxın yaralı müalicə olunur.

Xəstəxananı mühasirəyə alan İsrail qüvvələrinin ətrafdakı hündürmərtəbəli binaların damlarına snayperlər yerləşdirdiyi və xəstəxana qapıları qarşısında hər hansı bir hərəkət olarsa atəş açdığı bildirilir.

Gununsesi.info