ABŞ mətbuatı: İsrailə dəstək Baydenin reytinqini ən aşağı səviyyəyə endirdi

“NBC News” telekanalı Yaxın Şərqdəki müharibə, Vaşinqtonun bu məsələyə münasibəti və İsrailə verdiyi dəstək səbəbindən ABŞ prezidenti Baydenin reytinqində rekord azalma olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “NBC News” telekanalı Amerika liderini hazırda sorğuda iştirak edənlərin yalnız 40 faizinin dəstəklədiyinə diqqət çəksə də, seçicilərin əhəmiyyətli bir hissəsinin ABŞ prezidenti Co Baydenin oktyabr ayında çat verən İsrail-Fələstin münaqişəsi ilə bağlı siyasətini bəyənmədiyini vurğulayıb.

Baydenin zəifləməsi ən çox demokratlar və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə həddindən artıq irəli getdiyinə inanan 18-34 yaşlı seçicilər arasında müşahidə edilsə də, sorğu həm də Baydenin seçki reytinqlərində keçmiş ABŞ prezidenti Donald Trampı qabaqladığını göstərir. 2024-cü il seçkiləri ərəfəsində ilk dəfə olaraq geridə qaldığını da ortaya qoyub.

“NBC News” öz xəbərlərində bu seçicilərin 46 faizinin Baydenin sentyabr ayında işini bəyəndiyini xatırladıb və “Bu nisbət indi 31 faizə düşüb” deyə izah edib.

Gununsesi.info