
Rusiya sülhməramlı qüvvələri Laçın Dəhlizinə nəzarəti gücləndirib.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, ərazidə hərbçilərin sayı artırılıb.
Paralel olaraq, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin nəqliyyatın hərəkəti üçün yenidən açılması barədə danışıqlar aparılır.
Şuşa yaxınlığında aparılan danışıqlarda sülhməramlı qüvvələr və Azərbaycan Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri iştirak edir.