Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Gununsesi.info bu barədə Kremlin Mətbuat Xidməti məlumat verib.

HTML tutorial

V.Putin həmkarını ölkədə hərbi qiyam fonunda yaranmış vəziyyət barədə məlumatlandırıb.

Öz növbəsində, Rəcəb Tayyib Ərdoğan Rusiya siyasi rəhbərliyinin həyata keçirdiyi addımları dəstəklədiyini bildirib.
Qeyd edək ki, bundan öncə Vladimir Putin Belarus, Qazaxıstan və Özbəkistan prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev və Şafkat Mirziyoyevlə telefonla danışıb.

 

Gununsesi.info