
Fransanın Paris şəhərində özünün düzəltdiyi Günəş enerjili avtomobili ilə yola çıxaraq Türkiyəyə gələn Mərakeş kökənli Jacob Karhu türk mediasının gündəminə gəlib.
Gununsesi.info “İHA”ya xəbər verir ki, minlərlə km. yol qət edərək İstanbula gələn 29 yaşlı adam Türkiyənin Kırklareli şəhərində yolçuluğuna ara verib.
Qonaqpərvərliyi üçün türk xalqına təşkkür edən Jacob bunları sölyəyib:
“Avtomobilinlə Avropanın cənubunu gəzərək İstanbula gəldim. Avtomobilim enerjisini tamamı ilə Günəşdən alır. İndi Fransaya geri dönürəm”.
Tərcümə: Arzu