
Gədəbəy Rayonunun Söyüdlü kəndindəki aksiyanın ikinci günündə sakinlərin qaldırdığı- ekoloji tələblərin ifadə olunduğu plakatları çap edən şəxs həbs edilib.
Gununsesi.info-nin özəl məlumatına görə, həmin şəxs Gədəbəy Rayon sakini İsmayılov Habil Xamputa oğludur.
Məlumata görə, adıçəkilən şəxsə narkotik ittihamı verilib və onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Elmar
Gununsesi.info