Leobank SMS xidmətindən çox istifadə etdiyi üçün vətəndaşın kartını bloklayıb – ŞİKAYƏT

Vətəndaş Leobankın fəaliyyətindən şikayətçidir.

Onun sözlərinə görə, bank SMS xidmətindən çox istifadə etdiyini əsas gətirərək kartını bloklayıb.

Gununesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib:

“Leobank SMS xidmətindən çox istifadə etdiyimi əsas gətirərək kartımı bloklayır. Çata yazıb səbəbini soruşanda, telefonla əlaqə saxlayan operator da elə danışır ki, sanki bankın sahibidir. Vəziyyəti izah edirəm ki, SMS xidmətindən şəxsi vəsaitim hesabına istifadə etmişəm. Cavab isə belə olur: çox istifadə etmək olmaz. Bəs onda bu xidmət proqramda nə üçündür? Bu, səriştəsiz xidmətdir. Bir daha Leobankla əməkdaşlıq etməyəcəyəm.

Ölkədə milyardlarla vəsait banklar vasitəsilə ölkədən çıxarılır, buna nəzarət edən, əməliyyatları bloklayan yoxdur. Amma söhbət adi vətəndaşdan gedəndə hər cür çətinlik yaradılır”.

 

Günay

Gununesi.info