Prezidentlik yarışında kritik gəlişmə: Namizədlikdən geri çəkildi

ABŞ-da Florida qubernatoru Ron Desantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Desantis çəkilmə qərarını X sosial media hesabında paylaşdığı video ilə açıqlayıb.

Desantis qeyd edib ki, respublikaçıların ABŞ-ın keçmiş prezidenti Donald Trampa daha bir şans vermək istədiyi aydındır.

“Covid-19 pandemiyası və onun Antoni Fauci seçməsi ilə bağlı Donald Trampla bəzi fikir ayrılıqlarımız olub. Bununla belə, Trampın hazırkı prezident Co Baydendən üstün olduğu aydındır”, – deyə o bildirib.

Desantis daha əvvəl Respublikaçı namizədi dəstəkləyəcəyinə söz verdiyini və bu vədinə əməl edəcəyini bildirib.

Müvəffəqiyyətli ola biləcəyini düşünmədiyini və seçicilərin daha çox vaxtını və resurslarını almayacağını ifadə edən Desantis 2024-cü il prezident seçkiləri üçün namizədliyindən geri çəkildiyini açıqlayıb.

ABŞ-da növbəti ilkin seçkilər yanvarın 23-də Nyu-Hempşir ştatında keçiriləcək və ilkin seçki prosesi iyunun 8-dək davam edəcək.

İyul və avqust aylarında keçiriləcək partiya qurultaylarında həm Demokratlar Partiyası, həm də Respublikaçılar prezident seçkiləri üçün rəsmi namizədlərini müəyyənləşdirəcəklər.

Noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcək namizəd 2025-ci il yanvarın 20-də öz yerini tutacaq.

Gununsesi.info