Daha 30 ailə Füzuli şəhərinə qayıtdı – YENİLƏNİB

Füzuli şəhərinə köçürülən sakinlərin qarşılanma mərasimi olub.

Gununsesi.info xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.

Yurda qayıdan 30 ailəyə (106 nəfər) mənzillərin açarları təqdim edilib.

Bununla 440 ailənin (1625 nəfər) yeni salınan Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.

***07:47

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu gün daha 30 ailə (106 nəfər) Füzuli şəhərinə köçürülüb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə 440 ailənin (1625 nəfər) köçürülməsi təmin olunacaq.

Gununsesi.info