
Polşanın baş naziri Donald Tusk elan olunmamış səfərlə Kiyevə gəlib.
Gununsesi.info xəbər verir ki, hökumət başçısının ofisindən verilən məlumata görə, Tusk Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və baş nazir Denis Şmıqal ilə görüş keçirəcək.
Qeyd edək ki, bu, Donald Tuskun hökumət başçısı təyin olunduqdan sonra Ukraynaya ilk səfəridir.
Gununsesi.info