Ayasofyaya giriş bu gündən ödənişli olacaq – Bu vətəndaşlara…

Yanvarın 15-dən başlayaraq İstanbulda Ayasofya məscidinə xarici vətəndaşlar üçün turistik məqsədlə giriş ödənişli olacaq.

Gununsesi.info xəbər verir ki, Türkiyənin Turizm Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydalar bu gündən qüvvəyə minir.

Bu gündən etibarən həyata keçiriləcək tətbiq çərçivəsində biletləri qalereya mərtəbəsində açıq olacaq kassadan almaq lazım gələcək.

Tarixi məscidə turistik məqsədlə gələn əcnəbilərin biletlərin qiyməti 25 avro olacaq. Bundan əlavə, tarixi məscidə təhlükəsizlik kameraları, yanğının qarşısının alınması və fövqəladə hallar sistemləri əlavə edilib.

Gununsesi.info