
İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-ın əsir dəyişdirmə təklifini rədd edib. “Biz bütün cəbhələrdə və sektorlarda müharibəni davam etdiririk”, – deyə o bildirib.
Gununsesi.info xəbər verir ki, Netanyahu video müraciətində indiyədək 110 əsiri geri gətirdiklərini və onların hamısını geri qaytarmaqda qərarlı olduqlarını, “Həmasın təslim olma şərtlərini” rədd etdiyini bildirib.
Netanyahu bəyan edib ki, HƏMAS müharibənin dayandırılmasını və məhbusların azad edilməsi müqabilində İsrail qüvvələrinin Qəzzanı tərk etməsini tələb edir. O, bunu qəbul etsələr, “əsgərlər boş yerə öləcək, vətəndaşların təhlükəsizliyinə təminat verilə bilməyəcək, daha 7 oktyabr isə sadəcə zaman məsələsi olacaq” fikrini əsaslandırıb.
“Biz bütün cəbhələrdə və sektorlarda müharibəni davam etdiririk. Heç bir terrorçuya toxunulmazlıq vermirik. Nə Qəzzada, nə Livanda, nə Suriyada, nə də başqa yerdə. Bizə zərər verməyə çalışan hər kəsə zərər verəcəyik”.
Qəzzada 24 noyabr 2023-cü ildə 4 gün müddətinə verilən və daha sonra 3 gün uzadılan qarşıdurmada “humanitar atəşkəs” zamanı 81 İsrailli və 240 fələstinli məhbus qarşılıqlı şəkildə azad edilib.
Gununsesi.info