
Türkiyə astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacaq. İlk görüşün bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilməsi gözlənilir.
Gununsesi.info xəbər verir ki, ilk türk astronavtının proqramına ailəsi və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə görüş də daxildir. Gezeravcı Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmik Mərkəzi ilə əlaqə quracaq.
Türkiyəli astronavt Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə türkiyəli tələbələrlə də görüşəcək. Alper Gezeravcı Samsun, Kocaeli, Hatay, Diyarbəkir, Konya və Balıkəsirdən olan universitet, lisey və orta məktəb tələbələri ilə təcrübələrini bölüşəcək.
Alper Gezeravcı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın fotoşəkillərini çəkəcək. O, Mersinin Silifke mahalını və Ağrı dağını da çəkəcək.
Gununsesi.info