Polşa miqrantları qəbul etməyəcək

“Polşa Ukrayna böhranı səbəbindən artıq minlərlə miqrant qəbul edib və Aİ Şurasının qəbul etdiyi “Miqrasiya Paktı”na baxmayaraq, artıq insanları qəbul edə bilmir”.

Gununsesi.info xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

Tuskun sözlərinə görə, Polşa daha heç bir miqrant qəbul etməyəcək: “Polşa Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yüz minlərlə miqrantı qəbul edib. Belarusdan da on minlərlə miqrantımız var”.

Məlumata əsasən bundan əvvəl Aİ Şurası nəhayət, bütün Aİ miqrasiya standartlarının sərtləşdirilməsini özündə əks etdirən və həmçinin assosiasiya ölkələrinə miqrantların qəbulu üçün kvotalar müəyyən edən “Miqrasiya və Sığınacaq haqqında Paktı” təsdiqləyib.

Lakin qəbul edilməyən hər bir şəxs üçün Aİ büdcəsinə cərimə ödəməklə onların sayı azaldıla bilər.

Xatırladaq ki, Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bir müddət əvvəl Varşavanın Polşa ərazisində olan hərbi yaşda olan kişiləri Ukraynaya qaytarmağa hazır olduğunu bildirmişdi.

Eyni zamanda, Kosinyak-Kamış hakimiyyətin hərbi xidmət keçməli olan ukraynalıları vətənlərinə qaytarmaq üçün hansı mexanizmdən istifadə edəcəyi barədə məlumat verməyib.

 

 

 

Şəbnəm

Gununsesi.info