
Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib. Qurumun portalında görüşün canlı yayımını izləmək mümkün olub.
Spikerin sözlərinə görə, 84 deputat təşəbbüsü dəstəkləyib, 30 deputat əleyhinə çıxıb.
Məlumata əsasən qanunun müzakirəsi Tbilisidə kütləvi etirazlara səbəb olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşma olub. Gürcüstan Daxili İşlər Nazirliyi iğtişaşlar nəticəsində 7 polis əməkdaşının yaralandığını bildirib.
Qey edək ki, mayın 13-də parlamentdə təşəbbüsə baxılarkən deputatlar arasında dava düşüb. Spiker Papuaşvili görüşü yarımçıq dayandırmalı olub.
Gununsesi.info