Böyük Britaniya səfirliyindən “14 May” aksiyasına reaksiya - Bütün zorakılıq iddiaları hərtərəfli araşdırılmalıdır

  • By admin
  • 15 May 2022 00:28

Bir qrup ictimai-siyasi fəalların son aksiyasına Böyük Britaniya səfirliyi reaksiya verib.

Gununsesi.info-nun xəbərinə görə, səfirliyin yaydığı bəyanatda aksiyanın qarşısının alınması pislənilib:

 

“Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır. May ayının 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloqer və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli şəkildə araşdırılmalıdır.”