ABŞ ukraynalı piliotlara “F 16” üçün təlimlər keçir

ABŞ F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara Polşa və Danimarkada təlim keçiriləcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında deyib.

Con Kirbi təlimin veriləcəyi dəqiq yerlər üzərində hələki çalışdıqlarını qeyd edib.

Eyni zamanda o, təhsil üçün başqa yerlərin də ön plana çıxa biləcəyini vurğulayıb.

İngiltərənin də ukraynalı pilotların təyyarələrdən istifadə etmələri üçün dil təhsilinə başladığını ifadə edən Kirbi, ukraynalı pilotların yetişdirilməsində bacardıqları qədər tez hərəkət etmək istədiklərini qeyd edib.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info