Paytaxtda avtomobil oğurlayan şəxs saxlanıldı

  • By Mina
  • 11 Aprel 2024 10:57

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

 

Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.

 

Araşdırma aparılır.

Gununsesi.info