İranın xarici işlər naziri Hakan Fidanla danışıqlar aparıb

  • By Mina
  • 11 Aprel 2024 11:10

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.


Gununsesi.info
xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığında Qəzzadakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.

 

Tərəflər, həmçinin İsrailin İranın Dəməşqdəki konsulluğuna raket hücumunun reaksiyaları və nəticələrini müzakirə ediblər.

Gununsesi.info