Ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlanıb

  • By Mina
  • 11 Aprel 2024 10:29

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar.

 

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçinin 220 ədəd metadon və fenazepam həbləri aşkar olunaraq götürülüb.

Gununsesi.info