Rusiya Ukraynaya məxsus PUA-nı vurub

  • By Mina
  • 11 Aprel 2024 12:04

Rusiyanın Bryansk vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı məhv edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, aprelin 11-də Moskva vaxtı ilə saat 09:00 radələrində Ukraynanın Rusiya ərazisindəki obyektlərdə PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk səmasında Ukraynaya məxsus PUA-nı məhv edib.

Gununsesi.info