
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvləri xilasedicilərin sentyabrın əvvəlində Belarusda keçiriləcək “Qaya-2023” xüsusi təlimində iştirak etməyəcək.
Gununsesi.info bildirir ki, bu barədə Rusiyanın “İnterfaks” informasiya agentliyi Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla yazır.
Nazirlik qərarı “DİN xilasedici xidməti əməkdaşlarının peşəkar baxımdan yüklənməsi” ilə izah edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il noyabrın 23-də KTMT-nin Yerevan sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. O, Rusiyanın rəhbərlik etdiyi qurumu 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtinasına görə kəskin tənqid edib.
Tərcümə:
Afət Abbasova