Özəl pensiya fondunun yaradılması üçün sənəd hazırlanır

Özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair bu gün keçirilən mətbuat konfransında bildirib.

“Özəl pensiya fonduna investisiyalar uzun müddətli hesab olunur. Fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparırıq. Bu prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq”, – H.Məmişov qeyd edib.

Gununsesi.info