Paşinyan ermənilərin soyqırım iddiasından imtina edir

  • By ilhame
  • 11 Aprel 2024 20:16

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə hökumətin hesabatını təqdim edərkən ermənilərin soyqırım iddiası ilə bağlı maraqlı fikirlər səsləndirib.

Gununsesi.info xəbər verir ki, Paşinyan çıxışında deyib.

Tarixi Ermənistana baxışımız bizi həmişə soyqırım tələsinə aparacaq və bu tələdə bizim onsuz mövcud ola bilməyəcəyimiz “xilaskar”a ehtiyacımız olacaq. Soyqırım iddiaları bizi həmişə “forpost” statusunda saxlayacaq. “Forpost”un suverenliyə, sərhədlərə, müstəqilliyə ehtiyacı yoxdur, “forpost”un yalnız müdafiəyə ehtiyacı var“, – deyə o bildirib.

Gununsesi.info