Vyetnamda milyarder qadına ölüm hökmü kəsilib

  • By ilhame
  • 11 Aprel 2024 21:23

Vyetnamda əmlak maqnatı Truong My Lan ölkənin ən böyük banklarından birini 11 il ərzində talamaqda günahlandırılaraq ölüm cəzasına məhkum edilib.

Məhkəmə sənədlərində deyilir ki, o, Saigon kommersiya bankından 44 milyard dollar kredit götürüb və 27 milyard dollar geri qaytarmalı imiş, lakin pul heç vaxt geri ödənməyib.

Bəziləri güman edir ki, ölüm hökmü batmış pulların geri qaytarılmasına həvəsləndirmək üçündür.

Ölkənin ən varlı qadınlarından biri olan 67 yaşlı Truong My Lan ittihamları rədd edib və apellyasiya şikayəti verə bilər.

Truong My Lan ilə yanaşı, onun əri və qardaşı qızı da daxil olmaqla, daha 85 nəfər mühakimə olunub. Onlardan dördünə ömürlük, qalanlarına isə 3 ildən 20 ilədək həbs cəzası verilib.

Məhkəmə prosesi də uzun çəkib: 2700 nəfər şahid qismində çıxış edib. Məhkəməyə 10 prokuror və 200-dək hüquqşünas cəlb edilib. Sübut kimi istifadə edilən sənədlərin ümumi çəkisi 6 ton olub.

 

Truong My Lan biznesə bazarda, anası ilə birlikdə kosmetika sataraq başlayıb. 1986-cı ildə Kommunist Partiyasının iqtisadi islahatlarından sonra torpaq və əmlak almağa başlayıb və 1990-cı illərdə o, böyük bir otellər və restoranlar portfelinə sahib olub.

Gununsesi.info