“Xarici agentlər” haqqında qanunun qəbulu vacibdir - Maka Boçorişvili

  • By ilhame
  • 11 Aprel 2024 21:52

“Xarici agentlər” haqqında qanunun qəbulu vacibdir, çünki QHT donorları haqqında məlumatlar şəffaf deyil.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri parlamentin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili bildirib.

 

“Bütün bir il ərzində eşidirik ki, donorlar haqqında məlumat şəffafdır, bunu hər yerdə görmək olar, amma bu, belə deyil. Çox vaxt nə müəyyən layihələri maliyyələşdirən donorların, nə də təşkilatların saytlarında heç bir məlumat yoxdur”, – komitə sədri deyib.

 

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.

 

Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

Gununsesi.info