“Neft və qaz xalq üçün pulsuz olmalıdır” – Xalqa Xidmət Hərəkatı Başqanı Arzu Sayadoğlu

  • By arzu
  • 27 Aprel 2023 10:14

“Azərbaycan sosial dövlətdir və bu qanunda öz əksini tapıb. Siyasi idarəçilər bunun gərəyini yerinə yetirməli və xalqa öz iqtisadi haqqını geri verməlidir”.

Bunu Gununsesi.info-ya özəl açıqlamasında gənc siyasətçi Arzu Sayadoğlu söyləyib. Sayadoğlu bildirib ki, bu gün Azərbaycanda xalq çoxsaylı çətinliklər yaşayır. Parlamentdə bu məsələlər müzakirə edilsə də, yetərli addımlar atılmayıb.

HTML tutorial

Onun fikrincə, 40-a yaxın ölkəyə satış edən Azərbaycanın iqtisadi durumu bu gün yüksəklərdə olmalı idi.

“Həyat bahalılığı, işsizlik, sosial çətinliklər xalqımız üçün baş bəlasına çevrilib. Artıq bunları hökumət təmsilçiləri və parlamentdə ayrı-ayrı deputatlar da səsləndirirlər.Ancaq xalqın həyatını yaxşılaşdırmaq üçün konkret addımlar atılmalıdır. Hərəkətə keçmək zamanı gəldi, keçir”, – deyə o vurğulayıb.

Xalqa Xidmət Hərəkatının Başqanı açıqlamasında sosial paketlərin artıtırlması və ölkəmizin təbii qaynaqları ilə bağlı bunları vurğulayıb:

“Neft və qaz pulsuz verilməlidir. Bəlli ölçüdə internet, elektrik enerjisində də güzəştlər olmalıdır. Büdcəmiz və təbii qaynaqlarımızın zənginliyi buna imkan verir. Digər tərəfdən, deputatların imza atıb qəbul etdiyi qanunlar da onlardan bunu tələb edir”.

Xatırladaq ki, zaman-zaman gündəmə dair açıqlamaları ilə gündəmə gələn gənc siyasətçi, Xalqa Xidmət Hərəkatının Başqanı Arzu Sayadoğlu və rəhbəri olduğu siyasi qurum mühafizəkar, sosial-demokrat və türk ideoloji təməlləri əsas alır.

Hazırda hərəkatın yüzlərlə üzvü var.

Gununsesi.info