Ölkə ŞOKDA: Qadınları xüsusi qəddarlıqla öldürdü

Rusiyada iki eskort qadını öldürən qatil böyük çaxnaşma yaradıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Moskvada tutularaq hakim qarşısına çıxarılan qatilin 37 yaşlı Aleksey Varakin olduğu məlum olub. Varakin daha əvvəl iki seks işçisini öldürdüyü üçün həbsxana həyatı yaşayıb.

Varakinlə bağlı istintaq davam edərkən, Rusiya mətbuatı da dəhşətli qətllərin təfərrüatlarını yayıb.

Bildirilib ki, Varakin Moskvada qadınlarla cinsi əlaqədə ola bilməyəndə əsəbiləşib və müxtəlif vaxtlarda iki sekort qadını öldürüb. Başı kəsilmiş 40 yaşlı Olqa Vorobyovanın paytaxtın İzmailovo rayonunda mehmanxananın yaxınlığında tapıldığı bildirilir və Varakinin bir gün sonra daha bir qadını öldürdüyü təxmin edilir.

25 yaşlı Vlada Skitskayanın Moskvanın mərkəzində kirayə qaldığı evdə ölü tapıldığını açıqlayan səlahiyyətlilər 2010-cu ildə oxşar cinayət törədən və iki eskort qadını öldürən Varakini yaxalayıb.

Özbəkistanın paytaxtı Daşkənddən olan Varakinlə bağlı təfərrüatlar Rusiya mətbuatında da ortaya çıxıb.  “Şot” media orqanı yazır ki, “Vorobyova bəzi dərmanlar qəbul edib və onunla cinsi əlaqədə olmaqdan imtina edib. O, həmin qadının başını kəsib, sonra qaçıb”.

Bildirilib ki, Varakin 25 yaşlı qadına bıçaqla hücum edib və gənc qadın müqavimət göstərib, Skitskaya dostuna zəng edərək kömək istəyib və qonşular onun qışqırtılarını eşidib yardım çağırıblar. Lakin hadisə yerinə gələn Rusiya polisi gənc qadının yalnız cansız cəsədini tapdıqlarını açıqlayıb. Onlar həmçinin elan ediblər ki, Skitskayanın bədənində bıçaq yaraları olduğu halda, onun başını kəsməyə cəhd edilib.

Hakim qarşısına çıxarılan Varakin hər iki qətli etiraf edib. Rusiya məhkəmə sistemi hələ də Varakinə hökm çıxarmayıb və onun həbsinin davam etdirilməsi barədə qərar qəbul edib.

Gununsesi.info