
Praqanın mərkəzində Karl Universitetinin (çox vaxt Praqa Universiteti də adlandırılır) Fəlsəfə fakültəsinə silahlı hücum azı 15 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub. Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Gununsesi.info xəbər verir ki, polisin açıqlamasında Çarlz Universitetinin fəlsəfə fakültəsinə silahlı hücumun naməlum şəxs və ya şəxslər tərəfindən təşkil edildiyi bildirilib.
Polis qeyd edir ki, azı 15 nəfər həlak olub, əksəriyyəti ağır olmaqla 20-dən çox adam yaralanıb.
Açıqlamada hadisənin yerli vaxtla saat 15.00-da baş verdiyi qeyd edilir.İlkin məlumatlara görə, hücum edən şəxs təkbaşına hərəkət edib və zərərsizləşdirilib.
Çex mediası hücumu törətdiyi güman edilən silahlı şəxsin fotosunu dərc edib.
Yerli televiziya kanalları insident nəticəsində ölənlərin sayının gözləniləndən çox ola biləcəyini bildirir və qeyd edir ki, ərazini nəqliyyatın hərəkəti üçün tamamilə bağlayan polis universitet binasında olan insanların təxliyəsi üçün çalışır.
Gununsesi.info