Karantin qaydalarını pozan daha 1249 sürücü və sərnişin cərimələndi

Karantin qaydalarını pozan daha 1249 sürücü və sərnişin cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Gununsesi.org xəbər verir ki, BDYPİ-dən bildirildiyinə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 249 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 19 936 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gununsesi.org

COMMENTS