
Nigeriyada azı 11 nəfər uçan binanın dağıntıları altında qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hadisə Kano əyalətinin Qvala rayonundakı Kuntau kəndində baş verib. Dağıntıların təmizlənməsi davam edir.
Qəzet qeyd edir ki, çökən bina tikilməkdə olub, ona görə də dağıntılar altında daha çox insan qala bilər.
Gununsesi.info