BƏƏ ilə Türkiyə arasında 50 milyard dollarlıq anlaşma imzalandı – TARİXİ SƏNƏD

  • By arzu
  • 20 İyul 2023 10:57

Birləşmiş Ərəb Əmirliyinə(BƏƏ) səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Kral Əl Nəhyan arasında anlaşma əldə edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, tarixi sənədə əsasən, Türkiyə və BƏƏ arasında 51 milyard dollarlıq anlaşma imzalanıb.

13 fərqli sahədə işbirliyi üçün razılaşmalar əldə edilib. Bu barədə Türkiyənin Rabitə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Türkiyə və BƏƏ arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.

Nazirlik açıqlamasında nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, sağlıq, qida, turizm, tikinti, müdafiə sənayesi, suni zəka və yüksək texnologiyalar sahəsində əməkdaşlığın gücləndiriləcəyini vurğulayıb.

Eləcə də, Əbu-Dabi Tərəqqi Fondu zəlzələ bölgəsinin yenidən tikintisi üçün 8,5 milyard dollarlıq pul ayıracaq.

Xatırladaq ki, Türkiyə və BƏƏ arasındakı münasibətlər “Ərəb Baharından” sonra pozulmuşdu.

FETO Terror Təşkilatı və Fətullah Gülən tərəfdarlarının türk xalqını havadan bombalamasından və qətlə yetirməsindən sonra Ankarada BƏƏ terrora və hərbi çevrilişə dəstəkdə ittiham edilmişdi.

Tərcümə: Arzu

Gununsesi.info