Prezidentin yüksək vəzifə verdiyi Əmirbəyov kimdir?

Xəbər verdiyimiz kimi, Pezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Əmirbəyov dövlət başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Gununsesi.info-nun məlumatına görə, Elçin Əmirbəyov 2017-ci ilədək ölkəmizin Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən çalışıb. O, daha əvvəl isə Azərbaycanın Fransada səfiri olub.

HTML tutorial

2017-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi vəzifəsini icra edib.

Bildirilir ki, E.Əmirbəyov Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə Harvard Universitetinin Kennedi Məktəbində MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr təhsili alıb.
Onun səfir kimi fəaliyyəti dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olub.

 

 

Gununsesi.info