
“NATO və Rusiya arasında birbaşa toqquşma riski var”.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki rsmisi Dmitri Polyanski açıqlama verib.
“X” platformasında istifadəçilərlə dialoq aparan Polyanski mövcud durumun son dərəcə təhlükəli olduğuna diqqət çəkib.
Rusiya təmsilçisi bu barədə dəfələrlə xəbərdarlıqlar etdiklərini dilə gətirib.
NATO-nun Ukraynadakı olaylara ciddi şəkildə müdaxilə etdiyini özəlliklə vurğulayan Polyanski qurumun rəsmi Kiyevə peyklərdən kəşfiyyat data bilgiləri, silah və sursat tədarük etdiyini söyləyib.
NATO ölkələrindən muzdlu əsgərlərin, hərbi tədris işçilərinin, generalların və zabitlərin Kiyevin yanında yer aldığını bildirən Rusiya rəsmisi “Onların Ukraynada bir çox hərəkətlərə qarışdığını inkar edə bilmərik”, deyib.
Tərcümə: Arzu