
“Baykar Texnologiya” şirkətinin İcraçı direktoru Səlcuq Bayraqdar iddialı açıqlaması ilə gündəmə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Bayraqdar Ankaradakı “TEKNOFEST” festivalında siyasətə qatıla biləcəyi ilə bağlı ipucları verib.
“Mübarizə onu gərəkli edərsə, siyasətə girməkdən qorxmaram, geri dönmərəm”, – deyə tanınmış texnoloq və şirkət sahibi bildirib.
“Milli texnologiya həmləsini gerçəkləşdirmə yolunda sonunadək mübarizə edəcəyik. Nə gərəklidirsə, nə lazımdırsa,onu edəcəyik”.
Texnologiya tədbirində ona yönəldilən sualları cavablayarkən Bayraqdarın bu çıxışı siyasət dünyasında böyük maraq oyandırıb.
Tərcümə: Arzu