
Türkiyənin Xarici İşlər Naziri İrana səfər edəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fidanın İran səfəri sentyabrın 3-də gerçəkləşdiriləcək.
Rəsmi səfər zamanı yüksək səviyyəli görüşlər keçiriləcək.
İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyanla bir araya gələcək olan Fidan iki ölkə arasındakı önəmli mövzuları ələ alacaq, ikitərəfli münasibətləri müzakirə edəcəklər.
İranlı nazirin dəvəti ilə paytaxt Tehrana səfəri zamanı Hakan Fidan Abdullahiyanla keçiriləcək görüşdə bütün sahələrdə işbirliyi və hədəflənən imkanlar ələ alınacaq. Beynəlxalq və regional olaylar haqqında fikir alış-verişi ediləcək.
Tərcümə: Arzu