
Türkiyədə yol qəzası baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Qaziantep şəhərində yaşanan avtomobil qəzası zamanı ticarət maşını yol qovşağında olan digər avtomobilə çırpılıb.
Olay zamanı 3 adam ölüb, 9 nəfər isə yaralanıb.
Yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanalara daşınıb.
Qaziantep şəhərinin İcra başçsı Kemal Çeber qanlı avtomobil qəzası ilə bağlı açıqlama verib.
Çeber ölənlərin sayını təsdiq edib. Ölənlərin yaxınlarına və ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.
Tərcümə: Arzu