TƏNQİD: “AB iki-üç ölkə tərəfindən idarə edilməməlidir” – İtaliyanın Xarici İşlər Naziri Tacani

  • By arzu
  • 02 Sentyabr 2023 21:50

“Avropa Birliyinin islahatlara ehtiyacı var”

 

İtaliyanın Xarici İşlər Naziri Antonio Tacani Avropa Birliyinə ismarıclar göndərib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qurumun iş prinsipindən gileylənən nazir Avropa Birliyinin (AB) islahatlara ehtiyacının olduğunu söyləyib.

Hər il keçirilən Ambrosetti Forumuna qatılan siyasətçi beynəlxalq gündəmə dair dəyərləndirmələr edib.

İtaliya Baş nazirinin köməkçisi və Xarici İşlər Naziri Tacani AB gündəminin az sayda ölkələr tərəfindən təsirli dövlətlərin istəyinə görə bəlli edilməsinə icazə verilməməsinə diqqət çəkib.
“Avropa Birliyi iki-üç ölkə tərəfindən idarə edilməməlidir. Gərəkli olan bütün islahatlar həyata keçirilməlidir. Sabitlik Paktındakı reformalar edilməli və bankçılıq ittifaqında bir nəticə əldə eidlmləlidir. Sistemlərimizi uyğun hala gətirməliyik”.
Nazir AB səviyyəsində sənaye politikasının mənimsənməsi çağırışını edib.
“Avropanın hörmətli bir gü olması üçün yalnız ticari bir güc deyil, həm də iqtisadi gücə sahib olması lazımdır”- deyə Tacani söyləyib.

“Şəxsən mən Avropanın daha təsirli olması üçün qərarların səs çoxluğu ilə alınmasının tərəfdarıyam. Ukrayna problemində hər zaman Amerikanın arxasında qaça bilməyəcəyimizi gördük”.

 

Tərcümə: Arzu

Gununsesi.info