Braziliyada narkotik qruplaşması ilə polislər arasında toqquşmalar oldu: 45 nəfər öldürüldü

  • By arzu
  • 03 Avqust 2023 09:52

Braziliyada polis işçiləri ilə narkotik qruplaşması arasında toqquşmalar olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, silahlı toqquşmalar zamaı 45 nəfər öldürülüb.

Olay bu ölkənin San Paulu şəhərində yaşanıb.

Polisin keçirdiyi əməliyyatlar 3 ayrı bölgədə narkotik satıçılarına qarşı olub.

Yerli media öldürülənlər arasında tanınmış narkotik qaçaqmalçısının da olduğunu yazıt.

Əməliyyatlar narkotik qruplaşması üzvlərinin 1 polis işçisini öldürməsindən sonra kəşfiyyat bilgilərinin alınması ilə başlanıb.

 

Tərcümə:  Arzu

Gununsesi.info