
2019-cu ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində ov tüfəngi ilə öldürülən 57 yaşlı Tahir Qafarovu qətlə yetirməkdə şübhəli bilinən şəxs DİN əməkdaşları tərəfindən ifşa olunub.
Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, ölüm faktına görə əməliyyat yolu ilə qətlin narkotik cinayətlərinə görə həbsdə olan 1981-ci il təvəllüdlü Mirzəyev Habil Dövlət oğlu tərəfindən törədilməsi məlum olub.
Bundan başqa məlum olub ki, onlar arasında münaqişə narkotik vasitələrin alqı-satqısı ilə bağlı aralarında yaranmış pul mübahisəsi ilə bağlı olub.
O, 2019-cu il fevralın 21-də gecə saat 2 radələrində T.Qafarovun gözətçi işlədiyi Yevlax rayonu Ərəbbəsrə kəndinə yerləşən bağ təsərrüfatında qətlə yetirib.