NATO genişmiqyaslı təlimlərə hazırlaşır

NATO öz şərq cinahının müdafiəsi ilə bağlı 2024-cü ildə genişmiqyaslı təlimlər keçirəcək.

Gununsesi.info xəbər verir ki, bunu “PAP” agentliyinə müsahibəsində alyansın hərbi komitəsinin rəhbəri Rob Bauer açıqlayıb.

Onun sözlərinə görə, bu, soyuq müharibə dövründən bu günə qədər keçirilən ən böyük təlimlərdən biri olacaq.

Ümumilikdə təlimlərdə 40 min NATO əsgəri iştirak edəcək.

 

Gununsesi.info