
“Palmali” Şirkətlər Qrupunun sponsorluq etdiyi “DroneX” komandası Türkiyədə keçirilən “Teknofest-2023” festivalında qələbə qazanıb.
Gununsesi.info-nun xəbərinə görə, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov qalib komanda haqqında fikirlərini bölüşüb.
“DroneX” komandasının “Teknofest-2023” festivalındakı qələbəsi yüksək zəkanın və illərlə çəkilən əziyyətin nəticəsidir. Budur, Azərbaycan gəncliyi və budur, bizim gələcəyimiz. Mən “DroneX” komandasının bütün üzvlərini qələbə münasibətilə təbrik edirəm. Amma bu, təbii ki, sonluq deyil, başlanğıcdır. “MÜBARİZ” PUA-sını və onun müəllifi olan gənc azərbaycanlı tələbələri yeni zirvələrə aparan başlanğıc… Bu yolda sizə uğurlar arzulayıram və hər zaman yanınızdayam. Hər kəs bilsin ki, biz ənənəmizə sadiqik və onu davam etdiririk. Gəmilərimizə şəhidlərimizin adlarını verərək, onları bütün dünyada tanıtmaqda davam etdiyimiz kimi “POLAD” PUA-sından sonra “MÜBARİZ” PUA-sı da Azərbaycan xalqının qəhrəmanlarını tanıdacaq.
Gununsesi.info