Nazirlik Naxçıvanda yoxlamalara başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına (NMR) gedib.

Gununsesi.info xəbər verir ki, muxtar respublikada olan nazirlik əməkdaşları “NMR Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsdə müəyyən yoxlamalar aparıblar. Yoxlamalar daha çox xidmətin son dövrlərdə gördüyü işlər, eyni zamanda, sənədlərin yoxlanılması istiqamətində həyata keçirilib.

HTML tutorial

Dövlət Nəqliyyat Xidmətindən nazirlik əməkdaşlarının muxtar respublikada olduğunu təsdiq ediblər.

Gununsesi.info