
Avopa Şurasının Parlament Assambleyası çərçivəsində “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi və təhdidlər” mövzusunda keçirilən dinləmələrdə Azərbaycan hökuməti tənqid edilib.
Gununsesi.info -nun Strasburqa ezam olunan əməkdaşının verdiyi xəbərə görə, deputat Konstantinos Efstatiou Azərbaycanın AŞPA üzvlüyündən çıxarılması üçün prosedura başlanılmasını təklif edib. Ancaq Monitorinq Qrupunun həmməruzəçisi Stefan Şenak bu təklifə qarşı çıxıb.
O, bildirib ki, Azərbaycan Avropa Şurasına üzvü kimi insan haqları mövzusunda dialoqda olur: “Biz Mehman Hüseynovun azadlığına dialoq yolu ilə nail olduq. Digər məhbusların da azadlığı üçün çalışırıq. Təsəvvür edin ki, Azərbaycan Avropa Şurasında yoxdur, onda bu məsələlərin müzakirəsi belə olmayacaq”.
Azərbaycanla bağlı dinləmələrdə çıxış edən belçikali deputat Kristof Lakrua deyib.
O bildirib ki, AŞPA uzun illərdir Azərbaycanda insan haqları ilə bağlı problemlərdən danışıb narahatlığını ifadə etsə də, heç bir nəticə yoxdur.
Pərviz Həşimli
Fransa/Strasburq
Gununsesi.info