
Bölgələrdən Bakıya və ətrafa böyük köç yüz minlərlə vətəndaşın seçki hüququ ilə bağlı problem yaradıb.
Qeyd edək ki, Bakı və Abşeron rayonu ərazisində qeydiyyatsız yaşayan yüz minlərlə seçici neçə illərdir ki, səsvermə prosesindən kənarda qalıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.
MSK sədri bildirib ki, bu problem ötən il tam həllini tapıb: “Biz seçici siyahılarının dəqiqləşdirilməsi prosesini qanunvericiliyə uyğun olaraq aparırıq. Ötən il bu məsələ həllini tapdı”.